İlk illərdə qeyri-qida məhsullarının ticarəti ilə fəaliyyət göstərsə də, zaman keçdikcə fəaliyyətini brendləşməni təmin etdiyi qida sektoruna dəyişmişdir. Türkiyəyə idxal çayı gətirən ilk firma olan “Beta Gıda” türk istehlakçısına fərqli ləzzət təqdim etmişdir. 1994-cü ildə baş verən iqtisadi böhran bütün ölkədə olduğu kimi Beta şirkətinə də təsir göstərmiş və onu fərqli bazarlara girmək məcburiyyətində qoymuşdur. Beta 1990-cı illərin əvvəllərində keçmiş SSRİ-də baş verən parçalanma prosesinin nəticəsində yeni yaranmış dövlətlərdə gözəl fürsətlər əldə etmiş və bu bazarlara daxil olmuşdur. MDB ölkələrinə çay idxal edən ilk özəl müəssisə məhz Beta olmuşdur. “Beta Gıda” bu gün Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Rusiya və İraq kimi ölkələrdə bir sıra brendləri ilə fəaliyyət göstərməkdədir. Amerika, Orta Şərq və Şərqi Avropa bazarlarına girişlər isə davam etməkdədir. “Beta Tea”, “Bayce”, “Champion” və “Howhad Brand” brendləri “Beta A.Ş.”-ın çay sektorunda dünya miqyasında fəaliyyət göstərən 4 əsas brendidir. Brendlərinə olan inamı hər zaman qorumağa var qüvvəsi ilə çalışan “Beta Gıda” illər keçdikcə daha da güclənərək fərqli məhsul qruplarına daxil olmuşdur. Fərqli qida sahələrində fəaliyyətini çox uğurlu və keyfiyyətli “Benuta”, “Beta Caffito”, “Xəzər çay”, “Hazella”, “Nussa”, “Besta”, “Snax”, “Funcy” kimi brendlərlə davam etdirir. Adana şəhərində Hacı Sabancı Mütəşəkkil Sənaye Bölgəsində yerləşən qida qablaşdırma müəssisəsində ən son texnologiya ilə təmin olunmuş “Beta Gıda” Türkiyədə və Türkiyədən kənarda öz müştərilərinə xidmət göstərməkdədir. Son illərdə Trabzonda Sürmənə bölgəsində çay fabrikini satın alan “Beta A.Ş.” türk çayını beynəlxalq standartlara uyğun istehsal etməyə başlamışdır. Bu gün “Beta A.Ş.” ən yaxşısını və ən keyfiyyətlisini istehlakçıya ən münasib qiymətə təqdim edə bilmək üçün var gücü ilə çalışan beynəlxalq bir brenddir.
مُوصَى بِهِ