A AGRO MMC-nin əsas səhmdarı Xəzər Beynalxalq İnvestisiya Şirkəti QSC-dir. A AGRO MMC tam həcmdə fəaliyyətinə 2010-cu ilin mart ayından başlayıb. “A AGRO” MMC – geniş torpaq sahələrinə malik olan,kahı növlərinin və tərəvəzlərin becərilməsi,istehsalı,emalı və hazır salatların satışı ilə məşğul olan nəinki Azərbaycanda,həmçinin bütün Qafqaz regionunda ən iri şirkətlərdən biridir. İstehsal etdiyimiz bütün məhsullar qabaqcıl,yüksək texnologiyalı innovativ avropa standartlarına uyğun avadanlıq və dəzgahlar vasitəsilə emal olunur,doğranılır və qablaşdırılır. Mövcud istehsal prosesləri çox pilləli təhlükəsizlik tədbirlərindən ibarətdir ,hansı ki qida məhsullarını risk və təhlükələrdən qoruyaraq,onların tam təhlükəsizliyini təmin edir.Hər bir məhsul bütün sanitar norma və qaydalara çox ciddi sürətdə riayət olunaraq ,milli və beynəlxalq standartlara uyğun olaraq hazırlanır. Şirkətimiz daima müştərilərimizin sağlamlığının qayğısına qalır və onların məmnunluğuna nail olmaq məqsədilə məhsulların istehsalı zamanı qida təhlükəsizliyi və yüksək keyfiyyət prinsiplərinə sadiqdir.