“Bir İçim Su” Şirkəti 1998 -ci ildə qurulmuşdur və hal-hazırda Azərbaycanda fəaliyyət göstərən ən iri içməli su istehsalçılarından biridir. Şirkət “Bir İçim Su” markası ilə su istehsal edir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlarına tam cavab verən sularımız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin gigiyenik sertifikatına və AZS Milli Sertifikatlaşdırma Sistemi üzrə (AZS 282‐2007) Uyğunluq Sertifikatına malikdir. İstehsal olunan içməli suyun, habelə qablaşdırılmada istifadə olunan plastik qabların və qapaqların gigiyenik sertifikatları təmin edilir.
Recomendado