ABSERON UN

(Catégorie Nourriture séchée)
Products
Évaluez nous
Partager sur

İstehsal üçün yalnız seçilmiş, ekoloji təmiz xammal istifadə edilir və müasir avadanlıqlarda təmizlənərək email edilir. Qəbul edilən xammala nəzarət üçün ən son texnologiyalardan istifadə edən daxili laboratoriya fəaliyyət göstərir. Laboratoriya sadəcə istehsal edilən məhsulun deyil, dəyirmanın avadanlığından keçəb bütün xammalın təhlilini aparır. Unun çörəkbişirmə xüsusiyyətləri haqqında daha tam məlumat almaq üçün laboratoriya daxilində çörək bişirilir və onun çıxış miqdarı, forma davamlılığı, məsaməliliyi, qoxusu və dadı təhlil edilir. Müəssisədə yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Bu mütəxəssislər ən qabaqcıl idarətetmə forma və prinsiplərini, yüksək texnologiyalı təsərrüfatın aparılmasının müasir texnologiya və metodlarını tətbiq edirlər. İstehsal edilən məhsulun keyfiyyətinə xüsusi diqqət yetirilir. Yüksək keyfiyyətə avadanlığın texniki cəhətdən düzgün istifadəsi, texnoloji dissiplinə ciddi əməl edilməsi, istehsal prossesinin sistematik olaraq təkmilləşdirilməsi, hər bir emal mərhələsində keyifyyətə nəzarət vasitsilə nail olunur.