Products
Oceń restaurację
Udostępnij na

“М&T” LTD 1993-cü ildə istehsal gücü 200-300 kq olan və cəmi 10 adda kolbasa məhsulları istehsal edən müəssisə kimi fəaliyyətə başlamışdır. Həmin vaxt müəssisənin istehsalat sahəsi 146 kv metr olmuşdur. Hal-hazırda müasir tələblərə cavab verən istehsalat kompleksinin tikintisi başa çatdırılmış, əvvəlki istehsalat sexinin yerində sutka ərzində 10 ton kolbasa və delikates ət məmulatları istehsal etməyə qadir, ən müasir avadanlıqlarla təchiz edilmiş və istehsal sahəsi 1440 kv metr olan yeni bir müəssisə inşa edilmişdir. Bu gün yerli bazarda müvafiq qida sektorunda ”М&T ltd” firması özünəməxsus yer tutur. Hal-hazırda müəssisə ənənəvi və müəssisənin texnoloqları tərəfindən hazırlanmış resepturalar əsasında bişmiş, bişirilmiş hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş 100-dən artıq çeşiddə yüksək keyfiyyətli kolbasa və müxtəlif növ delikates ət məmulatları, sosiska və sardelkalar istehsal edir. Məhsulların yüksək keyfiyyəti xammal və materialların ciddi seçimi, səriştəlı işçi heyəti, müasir avadanlıq və mütərəqqi texnologiyaların istehsala tətbiqi sayəsində əldə edilir. Firma tərəfindən yüksək texnoloji standartlar əsasında istehsal edilmiş kolbasa məhsulları və delikateslər Bakıda və Azərbaycanın bölgələrində “Sevimli Dad” firma mağazalar şəbəkəsi və iri marketlər vasitəsilə realizə edilir. İdarəetmənin keyfiyyətini və ərzaq istehsalının təhlükəsizliyini tam dolğunluğu ilə təmin etmək və beynəlxalq bazara çıxmaq məqsədilə müəssidə 2007-ci ildə İSO 9001:2000 və HACCP beynəlxalq standartları ilə sertifikasiya olunmuş Menecment Sistemi işlənib hazırlanmış və tətbiq olunmuşdur. Hazırda firma İSO-22000 – Ərzaq təhlükəsizliyi standartının tətbiqinə başlamış və bu istiqamətdə artıq bir sıra işləri yekunlaşdırmışdır. Kolbasa və delikates ət məmulatlarının istehsalı ilə məşğul olan aparıcı müəssisə kimi ərzaq istehsalı sahəsində Keyfiyyət və Ərzaq təhlükəsizliyi məsələlərinə ciddi və məsuliyyətlə yanaşmalı olduğumuzu dərk edir və bu istiqamətdə lazım olan bütün addımları atırıq. İstehsal etdiyimiz məhsulların müştərilərimizin tələblərinə tam cavab verməsi və eyni zamanda yüksək keyfiyyətli və təhlükəsiz olması bizim üçün ən mühüm məsələlərdəndir. Keyfiyyətin və ərzaq təhlükəsizliyinin təminatı bütövlükdə müəssisəmizi