Products
Oceń restaurację
Udostępnij na

“Camal” LTD şirkəti bu il 20 yaşını qeyd edir və fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlərini qürurla xatırlayır. Bu gün şirkətimiz “İceland” ticarət nişanı ilə tanınır. “İceland” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı. 2000-ci ildə müəssisə ilk dəfə olaraq yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı. 2002-ci ildən etibarən müəssisədə Avropanın aparıcı markalarının avadanlıqlarının alınmasına və dondurma istehsalı üçün müasir texnologiyaların tətbiqinə başlandı. İstehsal sahəsi böyüdülərək 4 istehsal sexi yaradıldı və müxtəlif növ dondurma istehsalı üçün 7 xətt istifadəyə verildi. Şirkətin aparıcı mütəxəssisləri ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş təcrübəli mütəxəssislər, istehsal sahəsində yeni avadanlıqların tətbiqi prosesinə böyük töhfə verdilər. Növbəti illərdə şirkət istehlakçıların rəğbətini qazanmış və yüksək tələbat olan yeni brendlərini yaratmaqla məhsul çeşidlərinin sayını artırdı. Bunların arasında adı və dadı dillər əzbəri olan “Bakılı Qız” və “Malik” brendlərinin özünəməxsus yeri var. 2008-ci ildə 10 illiyini qeyd edən şirkət artıq Avropa təcrübəsi və standartlarına cavab verən istehsal sahəsinə malik idi. 2009-cu ildə “Camal” LTD şirkəti yerli bazarın dondurma tələbatının çox hissəsini ödəmək gücünə sahib olduqdan sonra xarici bazarları araşdırmağa başladı. Beləliklə, 2010-cu ildə beynəlxalq satış arenasına çıxaraq Gürcüstana dondurma məhsullarını ixrac edən ilk Azərbaycan şirkəti oldu. 2015-ci ildə “İceland” ticarət nişanı premium-klas seqmentində xarici dondurma bazarlarını fəth etmək üçün böyük potensiala malik "SEVGİ" brendi ilə öz dondurma kolleksiyasını gücləndirdi. Hal-hazırda şirkətin istehsal etdiyi məhsul çeşidlərinin sayı 100-dən artıqdır. “Buzlar diyarı” anlamını daşıyan “İceland” markasının hər bir məhsulunda bu ideya öz əksini tapıb. Bu gün “İceland” ticarət nişanı daxili bazarda ən nüfuzlu dondurma markasıdır.