Products
Nos avalie
Compartilhar no

“Gilan” Azərbaycanın qeyri – neft sektorunun aparıcı holdinqlərindən biridir.Holdinqin fəaliyyət dairəsi yüngül və qida sənayesi, kənd təsərrüfatı, tikinti və tikinti materiallarının istehsalı, bank sektoru, sığorta, daşınma və turizm kimi sənaye sahələrini əhatə edir. Bu səhifədə Azərbaycanın müxtəlif regionlarında yerləşən, holdinqin 5 müəssisəsində hazırlanan qida ixracat məhsulları təqdim olunur. Onlardan ən böyüyü Qəbələ şəhərində yerləşən “Gilan Qida şəhərciyi” – dir, hansı ki, tərkibinə konserv zavodu, sərinləşdirici içkilərin istehsalı üzrə müəssisə və kartof çipslərinin istehsalı üzrə zavod daxildir. Müəssisə, “TÜV Avstriya” tərəfdən qida məhsullarının təhlükəsizliyi sahəsində idarəçilik (ISO 22000 : 2005) və keyfiyyətin idarəçilik sisteminin standartlarına (ISO 9001 : 2008) müvafiq qaydada mütəmadi olaraq sertifikatlaşmadan keçir. Bizim brendlərimizin dünya bazarına daxil edilməsi üçün, mütəmadi olaraq əsas beynəlxalq sərgilərdə iştirak edirik. Son illərdə “Gilan Qəbələ Konserv zavodu” ProdExpo (Rusiya), SIAL (Çin), Berlində Beynəlxalq Yaşıl Həftə (Almaniya), World Food (Ukrayna), World Food (Qazaxıstan), Fine Food (Yeni Zenlandiya) kimi sərgilərdə iştirak edib ki, bu sərgilərdə bizim məhsullar qızıl medallara və digər prizlərə layiq görülmüşdür.