SERIN MEKAN

(Cozinha ORIENTAL)
Facilidades
E-Menu
Nos avalie
Compartilhar no

Yüksək talış dağlarında, səmaya əl çatan yerdə, Azərbaycanın ən mənzərəli guşələrindən biri – Lerik rayonu yerləşir. Burada Qafqaz etnik qrupu olan talışlar yaşayır. Lerik - mədəniyyətdən uzaqda olmaq istəyən, təmiz dağ havası udmaq istəyən, əzəmətli dağların görünüşündən, sürətli çaylardan və səs-küylü şəlalələrdən həzz almaq istəyən turistlər üçün çox uyğundur. Əbəs yerə Lerik uzunömürlülər vətəni hesab edilmir. Bu yerdə yaşayan və yaşı yüzdən artıq olan onlarla adamın həyatı haqqında sənədlərin saxlanıldığı yerdir və ola bilsin ki, dünyada yeganə uzunömürlülər Muzeyi də burada yerləşir. Lerikin ən qocaman sakini Şirəli Müslimovun 1973-cü ildə ölüm anında 168 yaşı olmuşdur. Hal-hazırda rayonda əsrin hüdudunu aşmış və əmək qabiliyyətini qoruyub saxlamış onlarla insan yaşayır.