Köhnə Tiflisin ruhunu özündə yaşadan «Pirosmani» restoranı qapılarını gürcü mədəniyyəti pərəstişkarlarının üzünə açıb. Bəli, məhz gürcü mədəniyyəti pərəstişkarlarının… Çünki, istənilən xalqın mətbəxi onun mədəniyyətinin ayrılmaz hissəsi, onun mədəni irsidir. Məşhur gürcü rəssamı Niko Pirosmaninin şərəfinə adlandırılmış restoran bu mahir fırça ustasının ən parlaq əsərlərinin reproduksiyaları ilə bəzədilib. Restoranın əsas zalı köhnə Tiflisi xatırladır. Burada məşhur Tiflis eyvanları bir daha göz önünə gəlir. Gürcüstandan olan baş-aşpaz burada gürcü mətbəxinin ən ləziz nemətlərinin geniş çeşidini – heyrətamiz ocaxuri, yumşaq xaçapuri, nəfis xingal və bir çox yeməkləri Sizə təqdim etməyə hazırdır. Bütün bunlar məftunedici gürcü şərabları ilə müşayiət olunur. Lakin, bu da son deyil. Biz sizin istirahətinizi əsl canlı musiqi ilə bəzəyəcəyik. Axı, hansı gürcü süfrəsini məşhur mili çoxsəsli mahnılarsız təsəvvür etmək olar? Gürcüstandan olan peşəkar kvartet Sizin üçün milli mahnıları, folklor nümunələrini və estrada popurrilərini ifa edəcək. Musiqi proqramı hər axşam qonaqlarda təkrarsız təəssürat yaradacaq. Sizə isə yalnız bu gözəl məkana təşrif buyuraraq, hər şeyi öz gözlərinizlə görmək qalır.
Рекомендуемый