Olivium Restoranı 2009-cu ildən fəaliyyət göstərir və müştərilərinin hər daim xidmətindədir. Məkanımız PUB, açıq və qapalı terraslarımız, kabinetlər və ailəvi restorandan ibarətdir. PUB - zövqlə dizayn olunmuş PUBmızda 15-dən artıq çeşiddə pivələrimizdən, növ-bə-növ məzələrimizdən dada bilərsiniz. Açıq və qapalı terraslarımız - hər mövsümə uyğun geniş terraslarımızda mətbəx şeflərimizin nəfis təamlarından dadarkən Türkiyə və Avropa liqalarının matçlarını, Dünya Çempionatını izləyə bilərsiniz. Kabinetlər - restoranımızda 9 ədəd VİP kabinetlər mövcuddur. Burada Siz sevdiklərinizlə istirahət edə bilər, kiçik tədbirlərinizi qeyd edə bilərsiniz. Kabinetlərimizin ölçüsü 6 - 13 nəfərlikdir, TV, kondisioner və karaoke sistemi mövcuddur. Ailəvi restoran - restoranımızın ikinci mərtəbəsində 120 nəfərlik modern, qeyri-adi və nəfəskəsən dizaynı ilə əsas ziyafət zalımız fəaliyyət göstərir. Burada peşəkar səs, işıqlandırma və karaoke sistemləri mövcuddur. Canlı musiqi və DJ ifasında ailənizlə gözəl istirahət edə bilər, özəl günlərinizi, tədbirlərinizi, banketlərinizi bizə həvalə edə blərsiniz. Ad günü, xına, nişan, toy və digər özəl tədbirlərinizi uzunmüddət dillərdən silinməyəcək dərəcədə gözəl təşkil edəcəyimizi vəd edirik.
Tavsiye