MPRO

(Kategori SÜT ÜRÜNLERİ VE YAĞ)
Products
Bizi değerlendirin
Paylaş

“Milk - Pro” MMC 1991 – ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilmişdir.İlk əvvəllər şirkət müalicəvi- diyetik süd məhsulları (bifido və laktobakteriya əsasında) istehsalı üzrə ixtisaslaşmışdı. Əlbəttə bu addım qabaqcadan düşünülmüşdü. SSRİ-nin dağılmasından sonra Azərbaycan ərazisində ortaya çıxan hərbi münaqişələr ilə əlaqədar olaraq ölkədə dərman çatmamazlığı və sanitar-gigiyenik tələblərin pozulması, qaçqınların köçdüyü ərazidə dizbakterioz epidemiyası təhlükəsini yaradırdı. Fəxrlə qeyd edə bilərik ki, o dövrdə, məhz “Milk - Pro” MMC - nin məhsulları bu problemlə mübarizədə əvəzsiz rol oynayırdı. Bazarın konyukturasını nəzərə alaraq, 1994 ildən başlayaraq “Milk - Pro” MMC istehsal etdiyi müalicəvi süd məhsulları ilə yanaşı xama, kəsmik, qatıq və s. kimi ümumi süd məhsulları da istehsal etməyə başladı. Həmin dövrdən başlayaraq, istehsal etdiyimiz məhsulların çeşid sayını 3 addan 50 ada qədər qaldırmağa nail olmuş və bunun nəticəsində süd və süd məhsullarının satışı üzrə ölkədə və ölkə hüdudları xaricində Azərbaycanın bu sahəsinin lideri olaraq tanınmaqdayıq.Yalnız yüksək keyfiyyətli təbii xammala üstünlük verən şirkətimizin bütün fəaliyyəti ərzində əsas aspekti istehsal etdiyi məhsulun keyfiyyətinin davamlılığı olmuşdur. Ciddi texnoloji tələblərə uyğun olan hər bir istehsal olunan məhsul sertifikatlaşdırılıb. 2001–ci ildən isə “Milk - Pro” MMC şirkəti keyfiyyətin idarə olunması, Beynəlxalq Keyfiyyət Standartı İSO 9001 istehsalatda tətbiq edirik.