Products
Évaluez nous
Partager sur

XXI əsrin birinci on illiyində ölkəmizdə, əsasən də Bakıda mövcud olan pərakəndə satış bazarında kifayət qədər boşluqlar hiss olunurdu. Buna görə də yeni bir supermarketlər şəbəkəsinin yaradılması zəruri idi. 2011-ci il mayın 7-də xarici və daxili bazarları daima araşdıran, savadlı və əzmkar insanlar bir araya gələrək “AzRetail” MMC-ni təsis etdilər. Bununla da bütün Azərbaycanı əhatə etməyi hədəf götürən “Araz" supermarketlər şəbəkəsi istifadəyə verildi. 2011-ci ildə Bakıda “Siz harada, “Araz” orada” sloqanı ilə 4 filial xidmətə başladı. Tezliklə müştərilərin məmnuniyyətini və rəğbətini qazanan marketlərimiz çoxalma siyasətini 2012-2013-ci illərdə də davam etdirdi. İntellektual və peşəkar insan resurslarına malik olan şirkət bu illər ərzində Bakı şəhəri ətrafında və Sumqayıtda daha 12 filial açaraq supermarket sayını 16-ya çatdırdı.