SEVIMLI DAD

(Catégorie Viande et poisson)
Products
Évaluez nous
Partager sur

Müştərilərimizın tələblərini daha dolğun cavablandırmaq və fəaliyyət göstərdiyimiz qida sektorunda Azərbaycanda aparıcı müəssisə kimi mövqeyimizi daha da möhkəmlətmək məqsədilə etibarlı xammal təchizatcıları, planlaşdırılmış istehsal prosesi, səriştəli işçi heyəti və ən müasir texnologiyaların istehsala tətbiqinə əsaslanaraq aşağıdakıları həyata keçirəcəyik: • Texnoloji prosesi daim təkmilləşdirəcək və infrastrukturu daim yaxşılaşdıracaq; • Ərzaq təhlükəsizliyini təmin etmək üçün xammalın qəbulundan hazır məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə nəzarət sistemi yaradacaq və gigiyena qaydalarına riayət edilməsini təmin edəcək; • Məhsulların çeşıdını bazarın tələblərinə uyğun genişləndirəcək; resurslardan daha səmərəli istifadə edəcək, işçilərimizin bilik səviyyəsinin və peşə səriştələrinin artırılması üçün şərait yaradacaq, onların tələb olunan təlim proqramlarında iştirakını təmin edəcək; • Tətbiq edilmiş keyfiyyət və ərzaq təhlükəsizliyi sistemlərini daim təkmillə-dirəcəyik. İqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə, istehlakçıların zövqləri və tələbləri durmadan artır. Artıq istehlakçı nə istədiyini bilir, onun məhsulun keyfiyyətinə, qidalılıq dəyərlərinə, qablaşdırılmasına və markalanmasına olan tələbatı dünənki günə nisbətən bu gün daha çoxdur.Bu gün qürur hissi ilə deyə bilərik ki, uşaqdan tutmuş böyüyə minlərlə insanı geniş çeşiddə yüksək keyfiyyətli, həqiqətən sevimli dada malik qidalı kolbasa və delikates məmulatları ilə təmin edirik. Kolbasa məmulatları xüsusilə uşaqların ən sevimli qidasıdır. Bunu nəzərə alaraq son zamanlar firmamızda tərkibi zülalların və yağların balanslaşdırılmış miqdarına və xörək duzunun minimal miqdarına görə seçilən və uşaqların sağlam böyüməsi üçün bir sıra maddələrlə (süd, yumurta və s.) zəngin olan kolbasa və sosiska məmulatları istehsal olunur.İstehsalçılar üçün bu gün ən vacib məsələlərdən biri məhsulların konservantlardan istifadə olunmadan saxlanması və onların keyfiyyətli şəkildə istehlakçılara çatdırılmasıdır. Bu məqsədlə firmamızda vakuum qablaşdırmadan istifadə olunur. Vakuum qablaşdırmanın üstün cəhətləri ondan ibarətdir ki, o, məhsulun tərkibində mikrofloranın inkişafının qarşısını alır, məhsulun əmtəə görünüşünü saxlayır, saxlama və daşınma zamanı çəki itkisinin qarşısını alır. İstehsal olunan bütün məhsulların uyğunluq və gigiyenik sertifikatları vardır. Deməli, bizim firmamızın qida sektorunda həqiqətən də özünəməxsus yeri vardır. Biz xalqımıza xidmət etməyimizlə fəxr edirik !