Azərbaycanın ən iri quşculuq müəssisələrindən biri olan “Lerik Broyler” MMC 22 noyabr 2010-cu ildə təhsis edilmişdir.Quşçuluq Kompleksinə daxil olan sahələrdə əsaslı tikinti inşaat işləri 2011-ci ilin avqust ayından başlanmış, 2013-çü ildə sona catdırılmışdır. “Lerik Broyler” MMC-nin tərkibinə, İnkubator sexi, Broyler sexləri,Kəsim sexi,Rendrinq (təkrar emal) sexi, Yem zavodu, Taxıl qurultma sexi, Taxıl anbarı və Əkincilik sahələri daxildir. “İnkubator” sexi İnkubator sexi binasının ümumi sahəsi 1210 m2-dir. Avadanlıqları İngiltərənin “Chick-Master” şirkətindən alınıb, quraşdırılmışdır. Sexin aylıq cücə çıxışı 528 000 ədəddir. “Broyler” sexləri Quşçuluq Kompleksinə daxil olan broyler sexlərindən hal-hazırda 12-si fəaliyyət göstərir. Hər bir sexdə ümumi sahəsi 1700 m2 olmaqla, 30000 baş çüçə yetişdirilir. Sexlər Hollandiya texnologiyaları əsasında, Türkiyə firması tərəfindən quraşdırılıb və avtomatlaşdırılmışdır. Bundan əlavə Quşçuluq Kompleksi üçün daha 9 yeni broyler sexlərinin tikintisi aparılır. “Kəsim” sexi Kəsim sexi binasının ümumi sahəsi 3700 m2-dir. Kəsim sexi Hollandiyanın “MEYN” şirkətinin istehsalı olan, istehsal gücü saatda 6 000 baş toyuq kəsən tam avtomatlaşdırılmış avadalıqlarla təhciz edilmişdir.Kəsim sexinində, İtaliya texnologiyaları əsasında hər biri 15 ton -38°C olmaqla, 2 ədəd şoklama və hər biri 200 ton -18°C olmaqla, 2 ədəd soyuduçu kameraları Türkiyənin “Friqo Mexanik” şirkəti tərəfindən quraşdırılmışdır. “Rendrinq” sexi (tullantıların təkrar istehsalı) Rendrinq sexinin ümumi sahəsi 740 m2-dir. Rendrinq sexi “Amerika Birləşmiş Ştat”ında istehsal etdilmış avadanlıqlar əsasında,Türkiyənin “Yemtar” şirkəti tərəfindən quraşdırılmışdır.Toyuq əti istehsalından ayrılan atqı məhsulları, müasir texnologiyalar əsasında istehsal prossesindən kecərək, toyuq yagı və toyuq unu alınır ki, bundan da yüksək proteinli məhsul kimi, yem istehsalında istifadə edilir . “Yem” zavodu Quşçuluq Kompleksinə daxil olan yem zavodu Lənkəran rayonunun Liman şəhərində, dəmir yol qovşağında yerləşir. Zavodun avadanlıqları Türkiyənin “Freedech” və “MySilo” şirkətlərindən alınıb,”Asena” Azərbaycan şirkəti tərəfindən quraşdırılmışdır. Zavodun yem istehsalı gücü saatda 15 tondur. “Taxıl qurutma”sexi Taxıl qurultma sexi, Türkiyənin “MySilo”,”Freedech” və “BGT” mühəndislik sirkətinin, Amerikan texnologiyaları əsasında istehsal edilmiş avadanlıqlardan ibarət olub, ”MySilo” şirkəti tərəfindən quraşdırılmışdır.Taxıl qurultma sexinin istehsal gücü saatda 10 tondur. “Taxıl ” anbarı Taxıl anbarı yem zavodu ərazisində, Türkiyənin “MySilo” şirkəti tərəfindən quraşdırılıb. Taxıl saxlanç silosunda 6 min tona qədər xammalı, tam havalandırma şəraitində uzun müddət saxlamaq mümkündür.
Recommandé